Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qazaxda narkokuryerlik edən şəxslər saxlanılıblar
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri tədbirlərlə narkokuryerlik edən 33 yaşlı Müsabi Piriyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, onun üzərindən 2 kiloqram marixuana aşkarlanıb.
Eyni zamanda, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Kənan Əhmədov da saxlanılıb. Onun üzərindən də 2 kiloqrama yaxın marixuana aşkarlanıb.
Saxlanılan şəxslər qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar
- Sürücülük hüququ olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb
- DİN XƏBƏRDARLIQ ETDİ: Bir istiqamətdə yola məhdudiyyət qoyuldu
- Paytaxtın bir sıra yollarında sürət həddi ENDİRİLDİ