Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İranlı deputatlar Xameneinin fətvasına qarşı çıxıblar
İran parlamentinin 39 nəfər deputatı rəsmi məktubla İranın Ali Milli Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb.
Oxu.Az bu barədə İran KİV-ə istinadən xəbər verib.
Müraciətdə İsrailin təhdidləri fonunda ölkənin milli müdafiə doktrinasına yenidən baxılmasını və nüvə silahının hazırlanmasına icazə verilməsi istənilib.
Məlumat üçün əlavə edək ki, İranın Ali Rəhbəri Əli Xameneinin fətvasına əsasən, nüvə silahının yaradılması islam şəriətinə ziddir. Sözügedən qadağa İranın təhlükəsizlik konsepsiyasında öz əksini tapıb.
"İran" teqi üzrə xəbərlər
Ən çox oxunanlar