Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İranlı general: "Ali hərbi rəhbərliyin ölkənin cənubuna səfəri zamanı əməliyyat planları hazırlanıb"
"Ölkəyə qarşı istənilən hücuma qəti şəkildə cavab verməyə hazırıq".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri Fars körfəzindəki qoşunlara baxış zamanı deyib.
"Düşmənlərimiz İranın dövlət quruluşuna və ərazi bütövlüyünə qarşı səhvə yol versələr və ya bunu etmək istəsələr, planlaşdırsalar və ya düşməncəsinə addımlar atsalar, silahlı qüvvələrimiz onlara müqavimət göstərə biləcək. Onlar buna tam hazırdırlar. Bizi vaxtaşırı təhdid edən düşmənlərə tövsiyə edirəm ki, siz İranla münaqişəyə başlamaqla səhvə yol verə bilərsiniz, lakin onun nəticələri, xarakteri, vaxtı və yeri, eləcə də hərbi əməliyyatların miqyası yalnız İrandan asılı olacaq. Düşmən böyük zərər görəcək", - deyə Baqiri bildirib.
Onun sözlərinə görə, İranın ali hərbi rəhbərliyinin ölkənin cənubuna səfəri zamanı əməliyyat planlarının hazırlanması və həyata keçirilməsi üçün zəruri tədbirlər həyata keçirilib. Baş Qərargah rəisi bildirib ki, İran silahlı qüvvələri istənilən ssenariyə tam hazırdır və kəşfiyyat, operativ planlaşdırma və əmrləri yerinə yetirməyə hazırlıq baxımından ən yaxşı vəziyyətdədir.
"İran" teqi üzrə xəbərlər
- İranda hakimiyyət dəyişə bilər? - Mümkün ssenarilər diqqətdə saxlanılır
- İsrail generalı: "İrana qarşı uzunmüddətli əməliyyata hazırıq"
- İran XİN: "ABŞ ilə əlaqə Vaşinqtonun təşəbbüsü ilə vasitəçilər üzərindən həyata keçirilib"
- Pakistan İrandakı səfirliyinin əməkdaşlarını Azərbaycan vasitəsi ilə təxliyə edib
- İsrailin müdafiə naziri "Hizbullah"a xəbərdarlıq etdi