Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İranlı millət vəkili: “Parlamentin hicab qanununun icrası hakimiyyətə problem yaradır” - FOTO
Təbriz şəhərinin İran parlamentindəki üzvü Məsud Pezeşkian parlamentdə çıxışında hicab qanununu tənqid edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
“İnsanları doğru yola yönəldə bilməyəndə, yaxşı olar ki, pis olacaq bir söz deməyək. Hicabla bağlı nə qədər qanun yazsaq da, asanlıqla icra olunmayacaq. Həyata keçirilsə də, dövlətə problem yaradacaq”, - Pezeşkian bildirib.
Millət vəkili həmçinin, martın 11-də Qum şəhərində yerləşən klinikada məcburi hicaba riayət etməyən qadının hökumət mollası tərəfindən videoya çəkilməsi nəticəsində yaranan münaqişəyə də toxunub.
“Heç kimin icazəsi olmadan başqasının şəxsi həyatına qarışmağa haqqı yoxdur. Əgər din xadimi məni doğru yola yönəltmək istəsə, öncə məni ona və əqidəsinə nifrət etməməyim üçün inandırmalıdır”, - o qeyd edib.
Pezeşkian həmçinin, millət vəkillərindən birinin məcburi hicaba riayət etməyənlərin cərimələnməsi çağırışına da cavab verib.
“İnqilab, dövlət və din üçün ürəyi yananlar öz övladlarına baxsınlar. Onları bir işə məcbur etdirə bilirlər?”, - millət vəkili vurğulayıb.
Rəylər