İranın keçmiş millət vəkili, hazırda Məsləhət Şurasının üzvü, radikal mühafizəkar siyasətçi Mustafa Mirsəlim deyib ki, nazirlər impiçment olunmamaq üçün parlamentə hədiyyə dolu çantalarla gəlirlər, qayıdanda isə çantaları boş olur.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib.
"Mən parlamentdə ilk 6 ay maaş almamışam. Bir millət vəkilinin maaşı 20 milyon tüməndir, bu da dörd ildə bir milyard tümən edir. Bəs onlar təbliğat-təşviqat kampaniyalarına 10 milyard tüməni necə xərcləyirlər? Bu pulu haradan qazanırlar?" - deyə M.Mirsəlim vurğulayıb.