Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azarkeşləri "Real Madrid"i tənqid atəşinə tutdular - "Ayıb olsun"
"Real Madrid"in azarkeşləri La Liqanın XXXV turunda səfərdə "Barselona"ya məğlubiyyətə (3:4) görə öz komandalarına qəzəbləniblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Madrid təmsilçisinin azarkeşlərindən bəziləri daha sonra klubun bazasında futbolçularla görüşmək üçün bir araya toplaşıblar və "Ayıb olsun" yazılmış pankart nümayiş etdiriblər.
Daha sonra isə təhlükəsizlik işçiləri onları uzaqlaşdırıblar.
Qeyd edək ki, "Barselona" hazırda İspaniya çempionatının turnir cədvəlində 82 xalla liderdir. "Real Madrid" isə 75 xalla ikinci pillədə qərarlaşır.
"Real Madrid FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar