Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gürcüstanın İrəvandakı səfirliyində etiraz aksiyası: Binaya gedən yol bağlandı
Gürcüstanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Alkoqol ixracatçıları Gürcüstan tərəfindən yaradılan maneələrdən şikayət edirlər. Belə ki, Gürcüstan məhsulların ölkənin özündə laboratoriya müayinəsindən keçməsində israrlıdır. Bu da çatdırılmaların gecikməsinə və həm istehsalçılar, həm ixracatçılar, həm də daşıyıcılar üçün milyonlarla dollarlıq itkilərə səbəb olur. Etirazçılar səfirliyə gələrək vəziyyətin aydınlaşdırılmasını tələb edirlər.
Ermənistan İqtisadiyyat Nazirliyi problemdən xəbərdar və həlli ilə məşğul olduğunu bildirib.
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Moskvaya nota göndərdi
- Ermənistanda saxlanılan Calal Arutyunyana HÖKM OXUNDU
- Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun işdən çıxarılmasının səbəbi məlum olub
- Çindən Ermənistana multimodal dəhlizin işə salınması təxirə düşdü
- Ermənistanın Jurnalistlər Birliyi: Hakimiyyət mətbuata təzyiqi gücləndirib