Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qaraçay çayı üzərində yeni körpünün inşasına başlanılıb
Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur. Hazırda körpüdə kənar dayaqların inşası aparılır.
Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4-cü dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub. Hadisə yerinə dərhal AAYDA-nın əməkdaşları cəlb olunaraq təhlükəsizlik tədbirləri görülüb, körpü ilə nəqliyyatın hərəkəti dayandırılıb və qısa müddətdə əraziyə xüsusi texnika və canlı qüvvə səfərbər edilərək, bərpa işləri aparılıb və körpü müvəqqəti olaraq istifadəyə verilib.

"Yol təmiri" teqi üzrə xəbərlər
- "28 May" ətrafındakı PARK açılışdan bir neçə ay sonra BƏRBAD vəziyyətə düşdü: Təmirə başlanıldı
- Bakıda bir küçədə hərəkət tam, digərində qismən məhdudlaşdırılır
- Bakının bir küçəsində təmir işlərinə başlanılacaq
- Bakının daha bir küçəsi avtomobillərin hərəkəti üçün TAM BAĞLANDI
- Bakıda 20 gün əvvəl təmir edilən yolun ÇÖKMƏ SƏBƏBİ MƏLUM OLDU