Ermənistanın baş prokuroru Gevork Kostanyan rusiyalı həmkarı Yuri Çaykaya müraciət edib.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Kostanyan Çaykadan Valeri Permyakovun işinin Ermənistan tərəfinə verilməsini xahiş edib.
Qeyd edək ki, öncə məlum olub ki, Ermənistanın Gümrü şəhərində 6 nəfərin qətlində şübhəli bilinən rus əsgər Valeri Permyakovun məhkəməsi Gümrüdə Rusiyanın hərbi bazasının hərbi məhkəməsində keçiriləcək.
Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib. Şübhəli Valeri Permyakov Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. İnsident zamanı Avetisyanlar ailəsinin müxtəlif xəsarətlər alan 6 aylıq üzvü Seryoja Avetisyan isə yanvarın 19-da ölüb.