İrəvanda yenə də atəş açıblar.
Oxu.Az xəbər verir ki, news.am saytının məlumatına əsasən, Kanaker rayonunda atışma haqqında məlumat yerli vaxtla saat 14:45-də daxil olub.
İnsidentin təfərrüatları hələ məlum deyil.
Atışma nəticəsində Artur Ovanisyan yaralanıb. O, xəstəxanada dünyasını dəyişib.
Qeyd olunur ki, Artur Ovanisyan “Çuqun” adı ilə tanınır.