İrəvanın mərkəzində Azadlıq meydanında konstitusiya reformalarına qarşı etiraz aksiyaları davam edir.
Oxu.Az NEWS.am-a istinadən xəbər verir ki, Ermənistan milli konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan mitinqə qatılmayıb.
Xatırladaq ki, Ermənistanda konstitusiyaya dəyişiklər ilə bağlı referendum həftəsonu keçiriləcək.