Ermənistan parlamentinin keçmiş deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü, sahibkar Qoar Enokyan qətl hazırlamaqda şübhəli bilindiyinə görə saxlanılıb.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, faktla bağlı ilkin istintaq davam etdirilir.
11:09
Ermənistan parlamentinin keçmiş deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü, sahibkar Qoar Enokyan həbs olunub.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə partiyanın sədri Naira Zoqrabyan məlumat verib.
Onun sözlərinə görə, Qoar Enokyan həbsxanaya aparılıb. Zoqrabyana həbsin səbəbləri məlum deyil.
Məlumatlara əsasən, işi xüsusi istintaq xidməti aparır.