İrəvanın mərkəzində bağlanmış Baqramyan prospektində yüzlərlə etirazçı mitinq keçirir.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, etirazçılar öncə polis buna icazə verməsə də, səsgücləndiricilərdən istifadə edirlər.
Ermənistan prezidenti Serj Sarqsyanın ünvanına tənqidlər və elektrik enerjisi tariflərinin artırılması qərarının ləğv olunması ilə bağlı tələblər səslənir.
Qeyd edək ki, dünən etirazçılar ultimatim irəli sürmüşdülər - iyulun 6-sı axşama qədər tariflərin artırılması dayandırılsın və 23 iyun mitinqini amansızlıqla dağıdan polislər cəzalandırılsın.
İrəvanda etiraz aksiyaları elektrik enerjisi tariflərinin 16% artırılmasından sonra başlayıb.