Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz edənlər yenidən artıq 10 gündən çoxdur bağlı olan marşal Baqramyan prospektinə toplaşmağa başlayıblar, Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir.
Etirazçılar ölkə hökumətinə ultimatum veriblər.
Müvafiq bəyanatla marşal Baqramyan prospektində etiraz hərəkatının koordinatorlarından biri David Sanasaryan çıxış edib.
"Biz marşal Baqramyan prospektini açmayacağıq", - deyə, o, Ermənistan rəhbərliyinə müraciət edərək bildirib. - Bazar ertəsi axşamadək gözləyirik. Əgər tələblərimizdən biri yerinə yetirilməsə, etiraz aksiyasına başlayacağıq. Biz "İrəli addım" etiraz aksiyasına start verəcəyi və hər gün zibil konteynerlərindən ibarət barrikadaları prezident sarayı istiqamətində irəli çəkəcəyik".
Sanasaryanın fikrincə, fəallar "dinc, lakin hökumətə çağırış atan tədbirlər görməlidirlər".