Rusiyanın Krasnoyarsk diyarında qadın 2007-ci ildə kəndin mərkəzində ucaldılmış buddist abidəsini dağıtmağa cəhd göstərib.
REN TV xəbər verir ki, baş verən hadisəni qeydə alan sakinlər videonu sosial şəbəkədə yerləşdiriblər.
Qadın abidənin üstünə çıxaraq, iri çəkiclə zərbələr endirir və yüksək səslə “mən şeytana, ümumiyyətlə, hörmət etmirəm” deyə bildirir.