Türkiyənin Sakarya şəhərində iş adamı silahdan açılan atəş nəticəsində ağır yaralanıb.
“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində silahlı hücumu həyata keçirən və cinayətin törədilməsi barədə göstəriş verən yeddi mütəşəkkil dəstə üzvü saxlanılıb.
Məlum olub ki, cinayətkar dəstə iş adamlarından təhdid yolu ilə pul toplamaqla məşğul olub.
Polisin keçirdiyi axtarış tədbirləri nəticəsində banda üzvlərinin yaşadığı mənzillərdən xeyli silah-sursat aşkar edilərək götürülüb.