İŞİD Suriyanın Rəkka şəhəri yaxınlığında ələ keçirdiyi üç Suriya hərbçisini dəhşətli şəkildə qətlə yetirib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İŞİD terrorçularının təlimatı ilə İŞİD tərəfdarı olan vətəndaşlar Suriya hərbçilərini döyərək öldürüblər.
İnternetdə yayılan görüntülərə görə, vətəndaşlar bir İŞİD yaraqlısının təlimatı ilə üç Suriya hərbçisi təpik və dəyənəklərlə ölənə qədər döyüblər.