“Afrikanın 2014-cü il üçün ən yaxşı futbolçusu” adı uğrunda 5 namizəd yarışacaq.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, siyahıya 2013-cü ilin qalibi Yaya Ture daxildir. O, ardıcıl olaraq altıncı ildir bu ada namizəd göstərilir.
Həmçinin siyahıda Pyer-Emerik Aubameyanq, Yasin Brahimi, Vinsent Enyeama və Jervinyo da yer alıb.
Azarkeşlər Afrikanın ən yaxşı futbolçusunu online formada bbcafrica.com saytı vasitəsilə müəyyənləşdirəcəklər.
Qalib bu il dekabrın 1-də elan olunacaq.