İŞİD terror qruplaşmasının döyüşçüləri Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Baqiliyyə kəndində kütləvi qətliam törətdikdən sonra 400 nəfəri girov götürüblər, Oxu.Az TASS-a istinadən xəbər verir.
Məlumata əsasən, terrorçular insanları yaxınlıqda yerləşən yaşayış məntəqələrindən və şəhərətrafı məhəllələrdən güc tətbiq edərək qaçırıblar.
Girovlar arasında qadın və uşaqlar da var. Yaraqlılar girovları nəzarət etdikləri ərazilərə aparıblar.