İŞİD terror təşkilatı Barselonada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters agentliyi yaraqlıların informasiya mənbələrinə istinadən məlumat yayıb.
Xatırladaq ki, avqustun 17-də Barselonanın mərkəzində Rambla küçəsində mikroavtobus piyadalara çırpılıb. Hadisə zamanı 13 nəfər ölüb, daha 32 nəfər isə yaralanıb.
S.B.
www.oxu.az