Son üç həftə ərzində Suriyanın Kobani şəhərini atəşə tutan İŞİD yaraqlıları bir qrup mülki vətəndaşı ələ keçirmək üçün Türkiyə torpaqlarına ayaq basıb.
Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə ərazisində minalanmış sahəyə girən mülki şəxsi ələ keçirmək üçün 2 İŞİD döyüşçüsü dəmir yolunu aşaraq Türkiyə torpaqlarına daxil olub.
Bundan başqa, internetdə İŞİD döyüşçülərinin necə təlim keçdiyini əks etdirən görüntülər yayılıb.
Bildirilir ki, İŞİD-in “Cihad Qanı 1” adı verdiyi təlimlər Suriyada keçirilir. Burada düşərgəyə toplanılan gənclər müqavimət testindən keçirlər. Yaxın döyüş növləri və silahların sökülüb-yığılmasını öyrənən gənclər daha sonra əsl güllələrdən açılan atəş yağışı altında (bütün normal ordularda bu məqsədlə təlim güllələrindən istifadə edilir ki, əsgərlərə hər hansı bir xəsarət dəyməsin – red.) yaralılara kömək etmək dərsi keçirlər.
Bundan başqa, düşərgədə gənclərə müxtəlif ayə və hədislər də öyrədilir.