Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İŞİD ilə döyüşlərdə həlak olan ilk iranlı əsgər – FOTO (18+)
İraq qoşunları İranın İslam İnqilabı Müdafiəçilərinin Korpusu (İİMK) xüsusi təyinatlı qoşunlarının dəstəyi ilə İraq və Şamda İslam dövlətinin yaraqlıları və onların müttəfiqləri Bağdaddan şimal və şimali-şərqdə yerləşən Ənbər, Salah-əd-Din və Diyalı əyalətlərində ağır döyüşlər aparırlar.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, dünən İranın İİMK-ın “Saberin” çevik alayının ilk iranlı döyüşçüsünün vəfatı haqqında xəbər yayılıb. O, Bağdadın şimalında şəhid olub.
İran rəsmi olaraq İraqa qoşun yeritdiyini təsdiq etməsə də, bu barədə informasiya çox mənbələrdən gəlir. İİMK çevik alayın hava yolu ilə gəldikləri halda, İran-İraq sərhədindən İİMK-nın quru qoşunları keçir.
“The Guardian”-ın yüksək səviyyəli İraq mənbəyindən dünənki məlumata görə, sərhəddən son 48 saat ərzində artıq 2000 İran hərbçisi keçib. Bunlardan 1500-ü Diyalə əyalətinə və 500-ü isə Vasit əyalətinə keçib. 500-ə yaxın iranlı əsgər sərhədi keçərək İraq qoşunlarının tərk etdikləri Diyalə vilayətinin şimalında, Hanakin rayonunda yerləşən Kübra bazasına yerləşiblər. Bəzi şayiələrə görə İraq səmasında İran təyyarələri peyda olub.
Ayətullah Sistaninin İŞİD yaraqlılarına qarşı cihad fətvasından sonra, İraqın mərkəzi və cənubi rayonlarının şiə mərkəzlərində könüllülərin qeydə alındığı mərkəzlərə axın artıb.
Bağdadın və yaxın əyalətlərin müdafiəsinə 15 mindən artıq döyüşçü göndərilib, onlardan çoxu hazırlıqsızdır. Cənubdan könüllülərin yeni dəstələri gəlməkdədir. Amma sadə hazırlıqsız könüllülərdən başqa döyüşlərdə iranlılar tərəfindən təlim keçirilmiş “Asaib əhli əl Haq” və “Qətaib Həzbulla” şiə qruplarının döyüşçüləri də iştirak edir.
İŞİD yaraqlıları şiə əsgərlərin kütləvi qətl şəkillərini yayıblar. Bu məlumata əsasən, Salah-əd-Din vilayətində (Tikrit rayonunda əsirlərin videosu) 4 mindən çox əsirlərin içindən sünniləri buraxaraq 1700 şiyəni qətlə yetiriblər.
"İran" teqi üzrə xəbərlər
- İran hökumətinin sözçüsü: "Pezeşkianın Azərbaycana səfəri çox vacibdir"
- İran və Səudiyyə Ərəbistanı: Tehrana gözlənilməz səfər
- İran XİN rəhbərinin Vaşinqtondakı çıxışı ləğv edildi
- İranda iki siyasi məhbus müəmmalı şəraitdə ölüblər
- İrandan Azərbaycana PUA ilə külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı