Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyevanın başına iş gəlib.
Oxu.Az Lent.az-a istinadla məlumat verir ki, onun “Toyota” markalı avtomobilinin şüşəsini sındıraraq, çantasını oğurlayıblar:
“Bir neçə dəqiqə öncə çəkilişdən çıxdım, avtomobilimə əyləşmək istəyirdim. Lakin maşına yaxınlaşdığım zaman gördüyüm mənzərə məni həqiqətən şoka saldı. Maşınımın pəncərəsini qıraraq, çantamı götürüblər. Çantamda müəyyən məbləğdə pul, bank və maaş kartlarım var idi. İndi hadisə baş verən əraziyə polisləri çağırmışıq. Onların gəlməsini gözləyirəm”.
F.Fətəliyeva oğurluq hadisəsinin sifarişli olmasını istisna etmədi:
“Bu həyatda hər şey mümkündür. Ola bilsin, bu hadisə sifarişlidir. Hər halda, polis bunu araşdıracaq. Daha dəqiq məlumatı ondan sonra açıqlayacam”.