İŞİD daha bir ABŞ vətəndaşını edam edib.
Oxu.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Suriyada humanitar təşkilatlardan birində çalışan Piter Kassiq ötən ilin noyabrında İŞİD yaraqlılarına əsir düşüb.
6 ay əvvəl isə o, əsirlidəykən islamı da qəbil edib və özünə Abdul Rəhman adını götürüb.
Bu səhər isə, İŞİD silahlılarının onun başını kəsərək edam etməsi barədə məlumatlar yayılıb. Terrorçular bu edamla ABŞ-a növbəti xəbərdarlıq etdiklərini bildiriblər.