İŞİD terror qruplaşmasının yaraqlıları cümə günü, aprelin 7-də, Mosulda dinc sakinləri döyüş qazı olan mərmilərlə atəşə tutublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə şəhər bələdiyyəsinin rəhbəri Əbdül Səttar əl-Xabu məlumat verib.
“İŞİD terrorçuları bu gün azad edilmiş Yarmuk və Matahin rayonlarında dinc sakinləri və hökümət qüvvələrini döyüş qazı olan mərmilərlə atəşə tutublar”, - o deyib.
Səttar əl-Xabunun sözlərinə görə, hadisə zamanı neçə nəfərin xəsarət alması barədə məlumat yoxdur.
S.B.
www.oxu.az