“İslam Dövləti” tərəfdarları fransız TV Monde televiziya şəbəkəsinin sayt və sosial şəbəkə akkauntlarını sındırıb, Agence France-Presse öz Tvitter səhifəsində yazıb.
Teleşirkətin saytına daxil olarkən “Sayt hal-hazırda profilaktikadadır. Səbriniz üçün təşəkkür edirik”, yazılıb, Oxu.Az Qazeta-ya istinadən xəbər verir.
“Biz artıq kanallarımızı yayımlamaq iqtidarında deyilik. Bizim veb-saytlar və sosial şəbəkələr artıq bizim nəzarətimizdə deyil”, - yayım korporasiyasının baş direktoru İb Boqo bildirib.
Xakerlər, telekanalın səhifəsində “İD”ə qarşı əməliyyatlarda iştirak edən fransız əsgərlərinin sənədlərini yerləşdiriblər.