Andrey Konçalovski və Nikita Mixalkov hökumətdən fast-fud şəbəkəsinin yaradılması üçün kömək istəyir. Bu barədə “Kommersant” məlumat yayıb.
Oxu.Az xəbər verir ki, qardaş kinorejissorlar hökumətdən “Evdə yeyirik!” (“Едим дома!”) brendi altında kafelər şəbəkəsinin yaradılmasına 971,8 milyon rubl ayırmasını xahiş edirlər. Qardaşların məktubunda deyilir ki, bu xərcləri 4,8 il ərzində geri qaytarmaq mümkün olacaq.
Rusiya prezidenti Vladimir Putin kinorejissorların təklifini araşdırmaqla bağlı hökumətə göstəriş verib.
Qardaşların biznes planı baş nazirin müavini Arkadi Dvorkoviçin müşavirəsində bu gün müzakirə olunacaq.
“Evdə yeyirik!” brendi Konçalovskinin həyat yoldaşı aktrisa və aparıcı Yuliya Vısotskayaya məxsusdur.