48 yaşlı bir uşaq anası Salma Hayek İnstagram-da bəslədiyi heyvanların bir neçəsinin şəkilini paylaşıb.
Oxu.Az xəbər verir ki, aktrisa evində 50 heyvan saxlayır.
Videogörüntüdə çiyinində Jaja və Toto adını verdiyi iki tutuquşusu olan Hayek, yatağında Blue və Diva adlı itləri ilə pijamada sevənlərini salamlayıb.
Pişik, balıq və toyuq da bəsləyən Hayekin saxladığı heyvanlar arasında beş atı və dörd laması da var.

Aytən Sadıqzadə