Rusiya Müdafiə Nazirliyi Suriyanın Həma bölgəsində yerləşən İŞİD hədəflərinə endirilən aviazərbələrin videogörüntüsünü yayımlayıb.
Oxu.Az RT-yə istinadən xəbər verir ki, İŞİD döyüşçülərinin böyük bir qrupu Suriya ordusu tərəfindən mühasirəyə alınıb. Aviazərbələrin əsas hədəfi İŞİD-in nəzarətində olan hərbi maşınlar olub. İslamçılar nəzarətlərindəki son məntəqə olan Deyr əz-Zora qaçmağa çalışıblar.
E.C.
www.oxu.az