Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İŞİD-in lideri məhv edildi
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da ABŞ-nin aviazərbəsi nəticəsində məhv edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.
"Dekabrın 19-da ABŞ Mərkəzi Komandanlığı Suriyanın Deyr əz-Zor əyalətində Mahmud ləqəbi ilə tanınan İŞİD lideri Əbu Yusifə qarşı hava hücumu həyata keçirib", - nəşr qeyd edib.
Qeyd olunur ki, terrorçulara endirilən zərbə nəticəsində daha bir İŞİD üzvü məhv edilib.
CENTCOM Forces Kill ISIS Leader During Precision Strike in Syria
— U.S. Central Command (@CENTCOM) December 20, 2024
On Dec. 19, U.S. Central Command Forces conducted a precision airstrike targeting ISIS leader Abu Yusif aka Mahmud in the Dayr az Zawr Province, Syria resulting in two ISIS operatives killed, including Abu… pic.twitter.com/g3nO68Ye1T