Suriyanın SANA agentliyi Deyr-əz-Zor vilayətində Əl-Aşar, Sabihan və Əs-Səlhiyə kəndlərində İŞİD terrorçularından götürülən silah və texnikanın görüntülərini yayıb.
Oxu.Az-ın xəbərinə görə, Suriya ordusu terrorçulardan bir neçə min atıcı silah (Kalaşnikov avtomatı və tüfənglər), həmçinin iriçaplı tank əleyhinə pulemyotlar və 130 mm-lik M-46 topu götürüb.
Bundan əlavə döyüşçülərin artilleriya qurğuları olan (152 mm-lik qaubitsalar) bir neçə yük maşını ələ keçirilib.
S.B.
www.oxu.az