Suriyada İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya ordusunun Xasaka şəhərində həyata keçirdiyi əməliyyat zamanı İŞİD-in “xarici işlər naziri” kimi tanınan Məhəmməd Əl-Hələb Moheyr, onun qardaşı və daha iki ekstremist zərərsizləşdirilib.
Xatırladaq ki, apreldə İŞİD qruplaşmasının “müdafiə naziri”, mayda isə “neft naziri” məhv edilib.