“Neftçi” və “Qarabağ” arasında Azərbaycan kubokunun final oyunun başlanmasından əvvəl Ağdam klubunun azərkeşləri və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb.
Oxu.Az Sportbox.az-a istinadən xəbər verir ki, “Qarabağ”ın azərkeşləri öz pankartları ilə reklam lövhəsinin qarşısını alıblar. PFL rəsmisi Elçin Məmmədovun fanatlardan pankartı yığışdırmağı xahiş edib, bu isə azərkeşləri özlərindən çıxarıb.
Azərkeşlər və polis arasında qarşıdurma yaşanıb. Sonda pankartlar stadionda elə yerləşdiriblər ki, sponsorların reklamına maneəçilik yaratmayıb.