Latviya Seymi (parlamenti) 5-ci turda ölkənin yeni prezidenti seçib.
Oxu.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, onun namizədliyini gizli səsvermədə 100 deputatdan 55-i dəstəkləyib. Qələbə qazanmaq üçün ən azı 51 səs lazım idi.
Prezident postuna dörd namizəd iddialı olub.
Qeyd edək ki, bundan əvvəl R.Veyonis Latviyanın müdafiə naziri olub.