İŞİD terror təşkilatı Allahın evi – Kəbəni dağıdacaq.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə İŞİD-in komandanlığına daxil olan Əbu Turab əl-Müqəddəsi öz Twitter səhifəsində yazıb.
O bildirib ki, İŞİD komandiri şeyx əl-Bağdadinin rəhbərliyi altında Məkkədə bütlərə sitayiş edənləri öldürəcək və Kəbəni yerlə-yeksan edəcəklər:
“İnsanlar Məkkəyə allaha ibadət etmək üçün getmirlər. Onlar Məkkədə bütlərə sitayiş edirlər. Allaha and olsun, əgər Səudiyyə Ərəbistanını fəth etsək, Kəbəni dağıdacağıq”.