Facebook istifadəçilərin əhval-ruhiyyəsi üzərində eksperiment keçirib.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, alimlər yarım milyondan artıq (689 min) istifadəçi seçiblər. Onları iki qrupa bölüblər.
Bir qrupun xəbər xəttində daha çox pozitiv, digər qrupda isə neqativ xəbərlər verilib. Tədqiqatçıların sözlərinə görə, Ana səhifədə olan xəbərlər istifadəçilərin ümumi əhval-ruhiyyəsinə gözəçarpacaq dərəcədə təsir edib.
Sosial şəbəkələrdə kədərli xəbərləri oxuyan insanların əhval-ruhiyyəsi pisləşir, xoş xəbərləri oxuyanların isə əksinə, əhval-ruhiyyəsi yaxşılaşırdı. Əhval indikatoru isə statuslar seçildi – pis xəbərlərdən təngə gələn istifadəçilər sevincli və həyat dolu statusları yox, melanxolik və aqressiv statuslar yazırdılar.
İki ildən çoxdur ki, internet-manipulyasiya haqqında heç kim heç nə bilmirdi, yalnız bu yaxınlarda Facebook-un rəhbərliyi onun nəticələrini açıqlayıb.