“İslam dövləti” qruplaşmasının yaraqlıları Suriyanın zəbt etdikləri Palmir şəhərində ən azı altı qədim abidəni məhv ediblər, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Abidələrin gürzlərlə dağıdılması səhnələrinin əks olunduğu fotoşəkillər sosial şəbəkələrdə yayılıb. Ekstremistlər bəyan ediblər ki, heykəllər şəhərdən çıxardılmağa cəhd edilərkən müsadirə edilib.
Britaniyanın BBC teleradio şirkəti Suriyanın qədim abidələr və muzeylər departamentinin direktoru Maamun Abdulkərimə istinadən bildirib ki, digər abidələr içində yaraqlılar iki min il bundan öncə yaradılmış “Aslan Allat” (qədim ərəb səma və yağış ilahəsi) kimi məşhur olan aslan heykəlini də məhv ediblər.
Abdulkərim bu heykəlin məhv edilməsini “Palmir irsinə qarşı İD tərəfindən törədilmiş ən ciddi cinayət” adlandırıb.