İŞİD terror qruplaşması Rusiya prezidenti Vladimir Putini RF-də yeni terror aktları ilə hədələyib.
Oxu.Az xəbər verir ki, terrorçular bu barədə öz internet resurslarında video yayıblar.
Videonun əvvəlində Dağıstanda terrorçu-kamikadze tərəfindən avtomobilin partladılması göstərilib.
Yaraqlılar iki polis əməkdaşının öldüyü terror aktına görə məsuliyyəti öz üzərinə götürüblər.
Terrorçular əlavə ediblər ki, onlar İŞİD lideri Əbu BƏkr əl-Bağdadinin döyüşçüləridirlər. Onların arasında rus dilində də danışanları var idi.