İŞİD terror təşkilatının əsir götürdükləri qadınları öz aralarında satmalarını əks etdirən video yayılıb.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, Mosulda baş tutan hərracda terrorçuların ələ keçirdikləri Ezidi qadınları qənimət kimi bölüşdürdükləri məlum olur.
Öz aralarında bölüşdürdükləri qadınları kimi silahla dəyişir, kimi də öz bildiyi kimi, qadının zahiri görünüşünə uyğun olaraq qiymət qoyur. Ən qiymətli Ezidi qadınlar isə mavi gözlü olanlar və ya 15 yaşında qızlardır.
Videoda qadınları seks köləsi kimi istifadə edən terroçuların arasında belə bir dialoq baş verir:
- Bu gün qul bazarı günü.
- Bu gün dağıtım günü. Hər kəs payına düşəni alacaq.
- Hanı mənim Ezidi qadınım? Mənimki hardadı?
- Hərkəs öz payına düşənlə istədiyini edə bilər.
- Kim köləsini satmaq istəyir, mən alıram.
- Əbu Xalid sən kölə istəyirsən?
- Yox, istəmirəm.
- Əbu Faled sənin Ezidi qızın öldü.
- Öldümü?