İŞİD terror qruplaşması öz yaraqlılarının nəfsi ehtiyaclarının ödənməsi üçün üzdəniraq xəlifəlikdə, zəbt edilən Hələb əyalətində xüsusi nikah kontoru yaradıb.
Məqsəd “Allahın döyüşçüləri” – İŞİD-çilər üçün arvad axtarıb tapmaqdır.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, işğal olunmuş ərazilərdə İŞİD üzvlərinə ərə getmək istəyən tənha və dul qadınlara xidmətdən istifadə təklif edilir. Radikal qruplaşmanın ofisi Hələb əyalətinin Əl-Bab şəhərində yerləşir.
O da bildirilir ki, terrorçulara və onların arvadlarına “xəlifəlik” üzrə toy səyahətinə çıxmaq imkanı da yaradılacaq.