“İslam dövləti” yaraqlıları iki türk hərbçisini diri-diri yandırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə “Turkey Blocks” monitorinq portalı məlumat yayıb.
Hərbçilərin edamının əks olunduğu video internetdə yayılmışdı, bir çox türk istifadəçisi intiqama çağırışlar səsləndiriblər.
Terrorçuların bir il bundan öncə əsir götürdükləri əsgərlərin Suriyanın Əl-Bab şəhərində edam edildiyi barədə məlumat yayıb. Daha öncə bu yaşayış məntəqəsinin azad edilməsi uğrunda türk ordusu və onun dəstəklədiyi Suriya Azadlıq Ordusu tərəfindən 138 yaraqlı məhv edilib.
N.O.
www.oxu.az