Türkiyənin “TV 8” kanalında yayımlanan dəb yarışması “İşte benim stilim”də əslən azərbaycanlı iştirakçı Dəniz Saral canlı efirdə yıxılıb. Buna görə digər iştirakçılar ona gülməyə başlayıblar. Münsiflər heyəti isə yarışmada mübarizə aparanların bu hərəkətini kəskin tənqid edib.
Oxu.Az xəbər verir ki, Dənizin boyu da proqramda müzakirələrə səbəb olub. Münsiflərdən Nur Yerlitaşın tələbi ilə Dənizin boyu ölçülüb və onun boyunun uzunluğu özünün dediyi kimi 1,68 metr deyil, 1,60 metr olduğu məlum olub.
Sonda münsiflər heyəti həmyerlimizin geyim tərzini əla qiymətləndirib.
A.S.
www.oxu.az