İŞİD terror təşkilatının döyüşçüləri Suriyada dördü idmançı olmaqla beş nəfəri edam ediblər.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, Raqqa şəhərinin mərkəzində Əl-Dəllə meydanında izdiham qarşısında “Əş-Şadad” futbol klubunun dörd oyunçusunun başı kəsilib.
Qətlə yetirilən futbolçuların şəxsiyyəti də müəyyənləşdirilib. Bunlar Usama Əbu Küveyt, İhsan əl-Şaveykx, Nehad əl-Hussen və Əhməd Axavaxdır.
Bildirilir ki, futbolçular kürd silahlı birləşmələrinə casusluqda ittiham olunublar.