“İslam dövləti” terror qruplaşmasının (İŞİD) yaraqlıları Suriyanın qədim Palmir şəhərində tanınmış araşdırmaçı və arxeoloq, şəhərdə olan tarixi memarlıq kompleksinin direktoru Xaled Asaadı öldürüblər.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Suriyanın Muzeylər departamentinin direktoru Maamun Abdel Kərim məlumat verib.
“Palmirin və tarixin inkişafına böyük töhvə vermiş bu cür alimin başının kəsilməsini təsəvvür etmək çətindir”, - Abdel Kərim deyib.
Xaled Asaad 82 yaşında öldürülüb. Ömrünün 50 ilini o, Palmirin tarixi memarlıq kompleksinin araşdırılmasına həsr edib.
Məlumata əsasən, Abdel Kərim təqribən bir ay əvvəl əsir götürülüb.