Suriya ordusu Hələb bölgəsindəki hökumət qoşunlarının təminatı həyata keçirilən yol üzərində nəzarəti özlərinə qaytarıblar.
Oxu.Az bildirir ki, bu barədə RİA Novosti öz mənbələrinə istinadən xəbər verir.
«Ordu Əsriyyə-Xanaser yolu üzərində nəzarəti özünə qaytarıb. Amma yol hələ də bağlıdır. Xanaserin şimalında hələ də döyüşlər davam edir, terrorçular oradan yolu atəşə tuta bilirlər»,- deyə agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, İŞİD terrorçuları yolun bir hissəsini minalayıblar. Mütəxəssislər mümkün olan yerlərdə minaların zərərsizləşdirilməsinə başlayıblar.
10:40
“İslam dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlıları Hələbdə Suriya ordusunun təchizat üçün istifadə etdiyi yeganə yolu kəsiblər.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Al Masdar” məlumat yayıb.
Telekanalın məlumatına görə, terrorçular fevral ayının 21-də axşam Milli müdafiə qüvvələrinin mövqelərini Hələb əyalətinin cənubi-şərqində yerləşən Rasm ən-Nafal yaşayış məntəqəsi ərazisində atəşə tutublar. Hökumət qoşunları geri çəkilməyə məcbur olublar.
Yaxın saatlarda Suriya ordusunun İŞİD yaraqlılarını yaşayış məntəqəsindən çıxarmaq üçün əks hücuma keçməsi gözlənilir.
Hələb vilayətində irimiqyaslı hücumlar gedir, Suriya ordusunu bu hücumları İslam inqilabının müdafiəçiləri korpusuna məxsus general Kasem Suleymaninin rəhbərlik etdiyi İran hissələri tərəfindən dəstəklənir.
Hücumların əsas məqsədi, türk sərhədi yaxınlığına yerləşən və islamçıların qismən nəzarət etdikləri Hələb şəhərinin təmizlənərək təcrid edilməsidir.