“İslam Dövləti” (İŞİD) yaraqlıları nəzarətləri altında olan Əl-Karyateyn (Homs əyaləti) şəhərində 60 xristian da daxil olmaqla 230 nəfər dinc əhalini əsir götürüblər. Bu barədə cümə günü Suriya İnsan Haqları üzrə Müşahidə Şurasında bildiriblər.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, onların arasında qadınlar və uşaqlar da var.
Şura sədri Rami Abdul Rəhmanın sözlərinə görə, İŞİD yaraqlıları insanları “rejim ilə əməkdaşlığa” görə əsir götürüblər.