Bu ilin əvvəlindən bu günə kimi Bakı şəhərində 466 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 133 nəfər həlak olub, 538 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, qəzaların 51 faizi piyadaların iştirakı ilə baş verib.
Məlumata əsasən, qəzaların 47 faizi sürət həddinin aşılmasından yaranan qəzalardır.
E.Ə.
www.oxu.az