İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar zamanı “İslam cihadı” təşkilatının liderlərindən biri Salah Əbu Hasaneyn ölüb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Salah Əbu Hasaneyn Qəzzanın bombardman edilməsi zamanı dünyasını dəyişib.
Təşkilat liderin ölüm faktını təsdiq edib.
Qeyd edək ki, İsrailin iyulun 7-dən başladığı hərbi əməliyyat nəticəsində indiyədək aralarında uşaq və qadınların da olduğu 808 nəfər öldürülüb.
İsrail ordusu isə 45 hərbçi itirib.