İspaniyada kiçik motorlu təyyarə qəzaya uğrayıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, aviaqəza zamanı üç nəfər ölüb.
Qeyd olunur ki, qəza Madriddən 36 km aralıda yerləşən Perales-de-Taxunya munisipalitetində saat 14:00 radələrində baş verib.
Hadisə şahidləri təyyarənin ağaca çırpılmasını bildiriblər. Qəzanın səbəbləri hələlik məlum deyil.