İyunun 21-i və 24-ü aralığında İspaniyada qeydə alınan kəskin isti hava şəraiti nəticəsində 200-dən artıq şəxs həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "MoMo" monitorinq sistemi açıqlama yayıb.
Sözügedən sistem İspaniya üzrə gündəlik ölüm göstəricilərini cəmləyərək onları əvvəlki illərin proqnozlarına əsasən təhlil edir. İyunun 25-də 100 milyondan artıq Avropa sakini, o cümlədən təqribən 50 milyon fransalı və 18 milyon almaniyalının 35°C-ni aşan temperaturun təsirinə məruz qalacağı bildirilib.
Fransada ardıcıl ikinci gündür ki, müşahidələr tarixində rekord istilər qeydə alınır. Son günlər ölkədə temperatur 40 dərəcə Selsidən də yuxarı olub.